Oğlum gəlir • 2025
Bu ən gözəl arzudur Mənim də arzum budur Fəxr eləyim səninlə Deyim ki oğlum gəlir Könlümü şad eyləyib Atasını yad eyləyib Qapını açıb hər zaman Görüm ki oğlum gəlir Həmişə qeydimə qalsın Hər zaman yada salsın Heç nəyi lazım deyil Bilim ki oğlum gəlir Həyat onu incitməsin Təkliyə öyrətməsin Məndə sinəmə ürəknən Döyüm ki oğlum gəlir Görüm ki oğlum gəlir Bu ən gözəl arzudur Mənim də arzum budur Fəxr eləyim səninlə Deyim ki oğlum gəlir Könlümü şad eyləyib Atasını yad eyləyib Qapını açıb hər zaman Görüm ki oğlum gəlir Uğurları bol olsun Həmişə açıq yol olsun Kəsim bir qoçu qurban Edim ki oğlum gəlir Sevinmişəm biləndə Sən dünyaya gələndə Şükr elədim ALLAHA Dedim ki oğlum gəlir Görüm ki oğlum gəlir Bu ən gözəl arzudur Mənim də arzum budur Fəxr eləyim səninlə Deyim ki oğlum gəlir Könlümü şad eyləyib Atasını yad eyləyib Qapını açıb hər zaman Görüm ki oğlum gəlir